Məscid qarşısında partlayış baş verib

© Photo : AARON LAVINSKY / STAR TRIBUNEBluminqtondakı məscidin qarşısında namaz
Bluminqtondakı məscidin qarşısında namaz - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da məscid qarşısında partlayış törədilib.

BAKI, 5 avqust — Sputnik. ABŞ-ın Minneapolis şəhərində məscid qarşısında partlayış baş verib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib.
Partlayış nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

İnsidentin Federal Təhqiqatlar Bürosu tərəfindən hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

Şahidlərin sözlərinə görə, partlayıcı qurğunu ola bilsin məscidə pəncərədən tullayıblar. Minnesotanın Amerika Müsəlman İcmasının direktoru Əsəd Zaman isə deyib ki, partlayıcı qurğunu furqon və ya yük maşınından atıblar.

İcma partlayıcı qurğunu məscidə atan barədə dəqiq məlumat verən şəxsə 10 min dollar mükafat təyin edib.

Yerli KİV-lərin məlumatına görə, partlayış yerli vaxtla səhər saat 5-də baş verib.

CBS Minnesota telekanalı məlumat verib ki, naməlum şəxs bombanı yük maşınından ataraq gizlənib. Nəticədə binada yanğın və tüstü əmələ gəlib.

Xəbər lenti
0