Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda dolaşan qorxunc virus qripdən də təhlükəlidir

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidГлюкометр для измерения глюкозы в крови, фото из архива
Глюкометр для измерения глюкозы в крови, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Endokrinoloq: Adamlar elə bilirlər ki, qripə yoluxublar, amma bu, qrip yox, daha təhlükəli virusdur

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda diabet və endokrin sistemin digər xəstəliklərinin yaranmasına səbəb olan Koksaki virusu dolaşır.

Bu barədə Sputnik Azərbaycan-a həkim-endorkinoloq Lalə Alcan məlumat verib.

© Photo : Lalə Alcanın şəxsi arxivindənHəkim-endorkinoloq Lalə Alcan
Həkim-endorkinoloq Lalə Alcan - Sputnik Azərbaycan
Həkim-endorkinoloq Lalə Alcan

Onun sözlərinə görə, hazırda insanlar arasında ən çox yayılan xəstəlik diabetdir. Bu xəstəlik bəzən anadangəlmə, bəzənsə sonradan qazanılmış olur. İkinci halda mədəaltı vəzinə bir sıra amillər təsir edir ki, onlardan biri də Koksaki virusudur.

Alcanın yanına elə xəstələr gəlir ki, onlar normal şərtlərdə diabetdən əziyyət çəkməməlidir. Amma çoxlu analizlərdən və xəstə ilə söhbətlərdən aydın olur ki, bu adam yaxın zamanlarda qripə oxşayan virusla xəstələnib.

Yeri gəlmişkən, Koksaki digər respirator xəstəliklər kimidir. O, təkcə diabetin yaranmasına səbəb olmur, həm də digər endokrin və ekzokrin vəzlərin funksiyasını sıradan çıxarır.

Endokrinoloqun sözlərinə görə, həkimə müraciət edənlər arasında ilk yerdə diabet xəstələri dayanır. Bu xəstəliyin yaşı xeyli cavanlaşıb. Klinikaya hətta 19 yaşlı pasientlər müraciət edirlər.

"Bu gün mənə tez-tez diabetin ağır formasından əziyyət çəkən xəstələr müraciət edir. Təsadüfi yoxlamalar zamanı həkimlər hiperqlikemiyanı (qanda şəkərin miqdarının artması) müəyyən edirlər. Bundan sonra "diabet" diaqnozu qoyurlar və müalicəyə başlayırlar. Əgər pasient hələ diabet xəstəsi deyilsə, təyin olunmuş dərmanlar nəticəsində bu xəstəliyə düçar olur. Bundan sonra xəstələrdə tədricən ağırlaşma başlayır. Çünki diabetə qarşı istənilən preparat nəhayətdə əks göstərişdir" — deyə həkim bildirir.

Onun sözlərinə görə, ilk növbədə bu dərman qaraciyərə toksik təsir göstərir. Bu cür tibbi dərmanları uzun müddət qəbul edən xəstələr qaraciyərin funksiyasının pozulması, piylənmə və digər problemlərdən şikayətlənirlər.

Endokrinoloqa ən çox edilən müraciətlər arasında ikinci yeri zob xəstələri tutur. Hamıya məlumdur ki, bu xəstəlik yod çatışmazlığı nəticəsində əmələ gəlir. Qalxanabənzər vəzin patologiyası hətta Xəzər dənizinin sahilində yaşayan insanlarda belə təzahür edir. Normalda dəniz suyu ilə birlikdə yodun buxarlanmasını nəzərə alsaq, dəniz sahilində yaşayan adamlar yodsuzluqdan əziyyət çəkməməlidirlər. Amma həkim Xəzərin dəniz deyil, böyük göl olduğu amilini unutmamağı təklif edir. Buradan su okeana tökülmür, həmçinin onda kollagenin aşağı səviyyəsi müşahidə edilir.

Hormonal disbalansın yaranmasının qarşısını almaq üçünsə həkim qeyri-təbii yolla quşçuluq fabriklərində istehsal olunmuş toyuq ətindən imtina etməyi tövsiyə edir. O, izah edib ki, cücələrin tez böyüməsi üçün onlara hormonal preparatlar verirlər. Nəticədə quşlar sürətlə çəki yığır. Amma bu hormon toyuq ətinin tərkibində qalır və daha sonra bundan insan istifadə edir.

Bundan əlavə, həkim xaricdən gətirilmiş meyvə və tərəvəzlərin istehlakını da məsləhət görmür. Çünki həmin məhsullar onu istehsal edən ölkənin deyil, məhz digər yerlərin əhalisi üçün nəzərdə tutulub.

"Mən Antalyada banan üzdüm, o iki gündən artıq qalmadı. Mən onu Bakıya gətirə bilmədim. Bizim bu gün yediyimiz banan kauçuka bənzəyir. Çünki bizə gəlib çatan məhsulların genləri dəyişdirilib" — deyə Alcan bildirir.

Bütün bunlarla yanaşı, həkim şəkər, duz və çörəyi azaltmağı tövsiyə edir. Lakin bildirir ki, bu məhsullardan tamamilə imtina etmək olmaz. Məsələn, duzun tərkibindəki natrium orqanizmdəki hüceyrələrin həyat fəaliyyəti ilə bağlı bir çox prosesləri tənzimləyir.

Xəbər lenti
0