BAKI, 5 avqust — Sputnik. İsrail baş naziri Binyamin Netanyahunun sabiq köməkçisi Ari Harovun onun əleyhinə polisə ifadə verəcəyi bildirilib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Netanyahu ailəsi 2 iş adamından hədiyyə almaqda və "Yedioth Ahranot" qəzetinə müsbət yöndə nəşr üçün təzyiq etməkdə günahlandırılır.
İsrail polisi dünən məhkəməyə Netanyahunun rüşvət və korrupsiya hallarından şübhəli olduğuna dair bir hesabat təqdim etmişdi.