BAKI, 5 avqust — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Birləşmiş Ərəb Əmrliklərinin Yəməndəki əməliyyatlarına dəstək vermək məqsədiylə kiçik bir xüsusi təyinatlı qrupunu Yəmənə göndərdiyini açıqladı.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Jeff Davis ABŞ-ın əməliyyatlara dəstək vermək məqsədiylə kiçik bir xüsusi təyinatlı qrupu Yəmənə göndərdiyini söylədi.
ABŞ hərbçilərinin Yəməndə birbaşa qarşıdurmaya girməyəcəyini deyən Davis onların sayı barədə bir məlumat verməyib.
2014-ci ildə ABŞ Yəməndə yerləşdirilən hərbçilərini geri çəkmişdi.
Müəyyən aralıqlarla Yəməndə hava hücumu təşkil edən ABŞ qüvvələri yanvar ayında bir "Əl-Qaidə" düşərgəsinə hücum təşkil etmiş, hücumda bir ABŞ əsgəri öldürülmüş, onlarla vətəndaş həyatını itirmişdi.