Əriməyən dondurma istəyirdinizsə, buyurun

© Sputnik / Макс Ветров / Mediabanka keçidМальчик ест мороженое, фото из архива
Мальчик ест мороженое, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist dondurmanı yoxlamaq qərarına gəlib və nəticədə dondurmalar beş dəqiqə ərzində +28 dərəcə temperaturda görünüşünü dəyişməyib

BAKI, 4 avqust — Sputnik. Yapon alimlər isti havada əriməyən dondurma hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, bunun üçün onlar dondurmanın formasını möhkəmləndirmək üçün çiyələk ekstraktı – polifenoldan istifadə ediblər.

Əriməyən dondurma təsadüfən alınıb. Belə ki, şirniyyatçı artıq əmtəə görünüşünü itirmiş çiyələklərdə təcrübələr apararaq onun tərkibinə polifenol əlavə edib. Nəticədə dondurma əriməyib və onun forması hətta isti fen havasının təsiri altında dəyişməyib.

Yaponiyalı jurnalist dondurmanı yoxlamaq qərarına gəlib və nəticədə dondurmalar beş dəqiqə ərzində +28 dərəcə temperaturda görünüşünü dəyişməyib.

Xəbər lenti
0