Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vətəndaşlara tövsiyə-xəbərdarlıq: "Şəhəri tərk edin"

© Sputnik / Murad OrujovПанорама Баку
Панорама Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu bəladan qurtarmağın yeganə yolu - kəndlərə üz tutmaqdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Atmosferin toksik qazlarla çirklənməsi, hər il təqribən 3 milyon insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2040-cı ilədək hava çirkliliyinin sǝbǝb olacağı ölümlǝrin sayı təqribən iki dəfə artaraq, ildə 6 milyon nəfərə çatacaq. Alimlərin fikrincə, zərərli qaz tullantılarının məhdudlaşdırılması üzrə heç bir tədbir görülməsə, göstərilən statistika reallaşa bilər.

Жара - Sputnik Azərbaycan
HADİSƏ
Hava bakılılara istirahət etməyə imkan verməyəcək: xəbərdarlıq

Hava çirkliliyi bir çox faktorlar – bakteriyalar, mikroblar, avtomobil mühərriki qazları, amonyak, karbon monoksit, toz, saç, nəm, inşaat vasitələri, boyalar, mebel, TV, kompüter, ev heyvanları, plastik əşyalar, ət və dəri parçaları və s. digər vasitələr nəticəsində yaranır. Mütəxəssislərə görə, bağlı məkanlarda hava çirkliliyi 5 dəfə daha artıq olur. Məhz elə buna görə də soyuqdəymə hallarının 90 faizi qapalı məkanlarda baş verir. Xəstəliklərdən qorunmaq üçün təmiz hava böyük əhəmiyyət daşıyır. Təmiz havanın qorunub saxlanılması isə günümüzdə böyük problemlərdən birinə çevrilib.

Sputnik Azərbaycan-a danışan ekoloq Vaqif Əliyevin sözlərinə görə, Bakı mərkəz şəhər olduğu üçün burada hava çirkliliyi daha çoxdur. Ekspert bildirib ki, paytaxtda hava çirkliliyinə səbəb avtomobillərin çoxluğu, küçələrin darlığı və hündür mərtəbəli binaların üstünlük təşkil etməsidir.

"Bakı avtomobil və göydələnlərlə dolu olduğu üçün hava çirklidir. Havadan neft, mazut, avtomobil qazlarının qoxusu gəlir. Bakının havasının təmizlənməsi üçün zaman ayrılmır. Yığılan qazlar aldığımız nəfəslə ciyərlərimizə hopur. Bu da xərçəng və ürək çatışmazlığı riskini artırır. Xəstəxanalardan atılan tullantılar, kafe-şadlıq evlərində bişirilən yeməklərin qoxusunun, tüstüsünün havaya buraxılması, ağacların qırılması, göydələnlərin tikilməsi hava çirkliliyini artırır" — V. Əliyev vurğulayıb.

Ekoloq Vüqar Seyidlinin sözlərinə görə isə, yaşadığı şəraitdən asılı olmayaraq hər kəs ev şəraitində bitkilərlə havanı təmiz saxlaya bilər: "Evdə dibçəkdə çoxlu bitkilər, çiçəklər əkərək bütün otaqlarınıza qoyun. Evi nizamlı olaraq havalandırın, hava təmizləmə cihazlarından da istifadə edə bilərsiniz. Çalışın, avtomobildən az istifadə edəsiniz. Avtomobil alan zaman kiçik mühərrikli avtomobillərə üstünlük verin. Ağacları kəsməyin. Çalışın ki, ətrafınızda yaşıllıq yaradasınız".

Meditasiya edən qız - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ruhuna hökm etmək, yoxsa stressdən qaçış?

Mütəxəssislərə görə, hava çirkliliyi çox olan ərazilərdə insanlar özlərini bədbəxt sayır və depressiv olurlar, nəticədə cinayətlərin sayı artır. Hava çirkliliyi bütün canlılara təsir edir.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, hava çirkliliyi astma ürək çatışmazlığı, xroniki tənəffüs yolu infeksiyaları, xərçəng və s. xəstəliklərə səbəb olur: "Havanın çirkli olması insanları aqressivləşdirir. İnsanlar özlərini əsəbi və bədbəxt hiss edirlər, uşaqların inkişafı ləngiyir. Hava çirkliliyi daha çox axşam 18.00-24.00 saatlarında daha çox olur. Ürək və nəfəs yolları xəstəliklərindən əziyyət çəkənlər bu saatlarda evdən çıxmasalar, yaxşıdır".

Həkim bildirir ki, epidemiyaların, xəstəliklərin artdığı bir dövrdə hava çirkliliyi ölümlərə də yol aça bilər: "Hava çirkliliyi daha çox hamilə qadınlar, yaşlılar və uşaqlara təsir edir. Buna görə də, belə şəxslər lazım olmadığı təqdirdə evdə qalmağa çalışmalıdırlar".

"İmkan varsa, kəndlərə getmək daha məqsədəuyğundur. Çünki kəndlərdə avtomobil sıxlığı və göydələnlər olmadığı üçün kəndlərin havası daha təmizdir. Buna görə də kənd insanı şəhər insanından daha çox yaşayır" — Abbasova qeyd edir.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, hava çirkliliyinin ruhi vəziyyətə də böyük təsiri var: "Havaya çıxıb nəfəs almaq istəyirsən, çirkli havanı daxilə çəkəndə istər-istəməz qıcıq yaranır. Bu qıcıq gün ərzində böyüyür, əsəb-stress yaradır. İnsanlar bir-biri ilə aqressiv davranmağa başlayır. Sonra hər şey baş verə bilər. Siz fikir verin, kəndlərdə yaşayan insanlar daha az cinayət edir, daha gec dünyasını dəyişirlər. Çünki kəndlərdə aqressiyaya səbəb olan, hava çirkliliyi yaradan amillər yoxdur".

© © KarikaturaƏleyhqazları taxın
Əleyhqazları taxın - Sputnik Azərbaycan
Əleyhqazları taxın

Müsahibimiz bildirir ki, şəhərlərdə hava çirkliliyindən qurtulmaq mümkün deyil: "Çünki evlər qutu kimi dib-dibə olduğu üçün insanların rahat nəfəs almağa yerləri yoxdur. Göydələnlər tikilir. Baxırsan, həyətdə ağac və ya yaşıllıq nəzərə çarpmır. İnsan başa düşməlidir ki, yaşıllıq, ağaclıq olmasa sağlam yaşamaq mümkün deyil. Stressdən uzaq durmağın yeganə yolu, şəhər mühitindən uzaqlaşmaqdır".

Xəbər lenti
0