BAKI, 4 avqust — Sputnik. “Aş-Şabab” terrorçu qruplaşması Somalinin cənubunda yerləşən Liqo şəhərini ələ keçirib.
“Report” xəbər verir ki, bu şəhər ölkə paytaxtı Moqadişodan 130 km. aralıda yerləşir.
İnformasiyaya əsasən, terrorçular şəhəri Afrika İttifaqının hərbçiləri və sülhməramlıları çıxandan sonra ələ keçiriblər. Hərbçilər Liqonu avqustun 4-də səhər saatlarında tərk ediblər. Hərbçilərin və sülhməramlıların şəhəri tərk etməsi səbəbi hələlik məlum deyil.