BAKI, 4 avgust — Sputnik. Dünən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də "Qazel" markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:38-də başa çatıb.