Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu xəbər neftin qiymətində kəskin dönüş yarada bilər

© AFP 2024 / TOBIAS SCHWARZНефтяной насос в Баку, фото из архива
Нефтяной насос в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, bazar proqnozları isə ehtiyatların 3 milyon barrel azalması istiqamətində idi

BAKI, 4 avqust — Sputnik. ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,5 milyon barrel (0,3 faiz) azalaraq 481,9 milyon barrelə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bazar proqnozları isə ehtiyatların 3 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 7,2 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 17 həftənin 14-də azalıb.

Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2,5 milyon barrel (1,1 faiz) azalaraq 227,7 milyon barrelə enib. Bazar proqnozları isə 0,6 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel azalmışdı.

Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 20 min barrel azalaraq 9,43 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 24 həftənin 20-də artıb.

Ölkənin xam neft idxalı sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 209 min barrel artaraq 8,25 milyon barrelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 328 min barrel azalaraq 702 milyon barrelə enib.

Xəbər lenti
0