BAKI, 4 avqust — Sputnik. Tbilisidə fəaliyyət göstərən Evangelist-Baptist Kilsəsinin həyətində yeni məscid tikiləcək.
Avqustun 3-də məscidin təməlqoyma mərasimi keçirilib. Evangelist-Baptist Kilsəsinin baş yepiskopu Malxaz Songuluşivi bildirib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.
Təməlqoyma mərasimində müsəlman dini icmalarının rəhbərləri iştirak ediblər.
Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə kitabxana da fəaliyyət göstərəcək.