Gürcüstan Saakaşvilini Polşadan ala biləcəkmi?

© Sputnik / Aleksey VitvitskyMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın Baş Prokurorluğu Saakaşvili ilə bağlı Polşaya müraciət edib

BAKI, 4 avqust — Sputnik. Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.

APA-nın məlumatına əsasən, müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.

“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb” — Baş Prokurorluqdan bildirilib. 

Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

Xəbər lenti
0