CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Qərb multikulturalizm anlayışı ilə dezinteqrasiyanı hədəfə alır”

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik
Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov deyir ki, Azərbaycan mətbuatında milli-mənəvi dəyərlər mövzusu layiqli yerini tapmayıb

Araz Qurbanov: “Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti qərbin multikulturalizm anlayışı ilə eyni deyil”
Qloballaşmanın əsas hədəfi olan milli dövlətçiliyin möhkəmləndirlməsi uğrunda mübarizədə milli mənəvi dəyərlərin müstəsna əhəmiyyəti var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov deyib.

“Milli-mənəvi dəyərlər mövzusu bizim çap məhsullarımızda hələ də öz dəqiq və layiqli yerini tapmayıb, aktuallaşmayıb. Milli-mənəvi dəyərlərin qorunması bu gün daha da aktualdır. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti qərbin multikulturalizm anlayışı ilə eyni deyil”.

“Qərbin Azərbaycanda multikultural siyasəti görməkdə məqsədləri tamam fərqlidir. Azərbaycanın multikulturalizmi onun polikultural cəmiyyətinə uyğunlaşdırılmış bir anlayışdır. Qərbin bizə təlqin etmək istədiyi multikulturalizm dezinteqrasiyanı hədəfə alır” – deyə o bildirib.

Xəbər lenti
0