BAKI, 3 avqust — Sputnik. Yaponiya hökuməti Nazirlər Kabinetində aparılacaq dəyişikliklərlə əlaqədar istefa verib. Sputnik Azərbaycan "FOX"-a istinadən xəbər verir ki, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və ərizələr Baş nazir Şinzo Abe tərəfindən qəbul edilib.
Bir neçə saat sonra hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.