Ülkər Abdullayeva: “Qız uşaqlarının sayının şüurlu sürətdə azaldılması qadınlara münasibətin göstəricisidir”
Azərbaycanda qız uşaqlarının sayı oğlan uşaqlarının sayına nisbətdə xeyli azalmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib.
“Azərbaycanda qız uşaqlarının sayı şüurlu sürətdə azaldılır. Bu Azərbaycan cəmiyyətində qızlara, qadınlara münasibətin hansı səviyyədə olduğunun göstəricisidir”.
“Azərbaycanda intihar edənlərin statistikasında kişilərin sayı qadınlardan çoxdur. Bütün cəmiyyətin problemlərini həll etmiş olsaq, onda qadınların da problemləri həllini tapacaq. Biz istəyirik ki, cəmiyyətdə qadınlara qarşı fərqli yanaşmanı aradan qaldıraq” – deyə o bildirib.