Sovet ordusunda azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi

© Photo : Publıc DomaınПервая азербайджанская дивизия в СА
Первая азербайджанская дивизия в СА - Sputnik Azərbaycan
Abunə olmaq
Sovet ordusu tərkibində ilk milli qoşun birləşməmiz olan 402-ci diviziya digər milli diviziyaların tərkibini möhkəmləndirmək üçün döyüşçü və komandirlər hazırlamaq üzrə əsas ehtiyat bazası kimi istifadə edilib

BAKI, 3 avqust — Sputnik. 1941-ci il avqustun 3-də Böyük Vətən müharibəsində Sovet ordusu tərkibində azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi — 402-ci diviziya təşkil olunub.

Diviziya 1941-ci ilin oktyabrınadək İranda (Cənubi Azərbaycan) yerləşirdi. 1941-ci ilin oktyabrında İkinci Dünya müharibəsi zonasına göndərildi. Qafqaz uğrunda döyüşlərə 44-cü ordu tərkibində döyüşə başlayan diviziya Qroznı şəhərinin müdafiəsi xəttində (Terek çayının sağ sahilində) yerləşdirildi.

Diviziyanın ilk komandiri polkovnik Timofey Volkoviç olub, daha sonra onu polkovnik Əlinağı Hüseynov əvəz edi. 

Daha sonralar diviziyaya general Tərlan Əlyarbəyov və polkovnik Hacıbaba Zeynalov da rəhbərlik ediblər. 

Xəbər lenti
0