Hərbi gəmilər Xəzərdə hədəflərə artilleriya atışları həyata keçirəcək

© AR Ministry of Defense“Dəniz kuboku - 2017” müsabiqəsi
“Dəniz kuboku - 2017” müsabiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Proses avqustun 4-dək davam edəcək

BAKI, 2 avgust — Sputnik. Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin bu epizodunda Rusiya HDD-nın "Qrad Sviyajsk" kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin "Sarıarka" raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin "G-124" gözətçi gəmisi üçüncü və İran HDQ-nin "Cövşən" raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.

Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.

Xəbər lenti
0