BAKI, 2 avqust — Sputnik. Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncama əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon manat və 3,6 milyon manat olmaqla, cəmi 36,8 milyon manat vəsait ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə 30 milyon manat ayrılıb.