"Rembo" prezidentdən hərbçilərə master-klass

© Photo : turkmenistan.gov.tmTürkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov hərbi təlimlər zamanı
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov hərbi təlimlər zamanı - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Kadrlarda hərbi helikopterlərin hədəfləri atəşə tutması görüntülənib

BAKI, 2 avqust — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Aşqabad yaxınlığında keçirilən hərbi təlimlərdə iştirak edib. Sputnik Azərbaycan "Xronika Turkmenistana"ya istinadla xəbər verir ki, dövlət başçısı güc strukturlarının rəhbərlərinə şəxsən silahlarla necə davranmağı öyrədib. O, sərrast atəşlə hədəfi dəqiq vurmağı və düşmənə xəncər atmağı nümayiş etdirib.

Türkmənbaşının öz məharətini göstərdiyi videoçarxda onun Hollivud filmlərinin qəhrəmanları sayaq hərbi zirehli formanı geyindiyi, silahları qaydaya saldığı, zirehli "Ford F-150" markalı yolsuzluq avtomobilini şəxsən idarə edərək nişangahların düzüldüyü əraziyə gəldiyi, hədəfləri vurduğu və onu əli ilə göstərdiyi, sonra isə xəncəri hədəfə atdığı səhnələr əksini tapıb. Sonra Türkmənbaşı hərbçilərə də hədəfi dəqiq vurmağın yollarını izah edib.

Kadrlarda hərbi helikopterlərin hədəfləri atəşə tutması, zirehli texnika ilə təlimlər görüntülənib. Sonda Qurbanqulu Berdımuhammedov vurduğu nişangahları imzalayaraq hərbçilərə təqdim edib.

Sosial media istifadəçiləri Türkmənbaşının bu kadrlarına müxtəlif şərhlər veriblər. Kimi onu, "Rembo" filminin qəhrəmanına, kimi Hollivud ulduzları Bryus Uillisə, Arnold Şvartseneggerə bənzədib.

Daha əvvəl publika qarşısına şair, alim, kitablar müəllifi, müğənni, gitara ifaçısı, dicey və s. kimi çıxan Türkmənbaşının bu dəfə Hollivud filmlərinin qəhrəmanı kimi çıxması, geniş rezonans doğurub.

Xəbər lenti
0