Türkiyəli müəllimlər Yunanıstandan sığınacaq istədilər

Abunə olmaq
Onlar qeyri-qanuni yollarla Rodos adasına qaçıblar

BAKI, 2 avqust — Sputnik. 17 nəfər Türkiyə vətəndaşı Yunanıstandan siyasi sığınacaq istəyib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Məlumata görə, qeyri-qanuni yollarla Rodos adasına keçən dördü uşaq, üçü qadın olmaqla, 17 nəfər Türkiyə vətəndaşı Yunanıstan polisi tərəfindən saxlanılıb. Onlar Yunanıstandan siyasi sığınacaq istəyiblər. Qaçan şəxslərin çoxunun müəllim, bir nəfərin isə həkim olduğu bildirilir.

Xəbər lenti
0