CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tezliklə Bakıda dəyişikliklər olacaq - polisdən açıqlama

© Sputnik / Anar MustafayevТабличка с надписью "Вы въезжаете в зону платной парковки"
Табличка с надписью Вы въезжаете в зону платной парковки - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt əhalisinin əsas narahatlıqlarından biri belə həll olunacaq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Azərbaycanda parkinqlərlə bağlı yeni qaydalar tətbiq olunub. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq 1 iyul tarixindən qüvvəyə minib. Yeni qaydalara görə, avtomobili 15 dəqiqəyədək pulsuz parklamaya icazə verilir. Həmin maddədə qeyd olunur: "Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur".

Yol nişanları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət: Qaydalar dəyişib, cərimələnə bilərsiniz

Maraqlı fakt odur ki, bu 15 dəqiqə limiti parklama yerlərində necə təyin olunur? Çünki xüsusilə yollarda quraşdırılmış parkomatlarda belə bir sistem yoxdur. Sputnik Azərbaycan bu məsələnin həlli yollarını mütəxəssislərdən soruşub.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında qanun"un 53-cü maddəsində olan dəyişikliyə əsasən, hər bir avtomobil sahibi parklanma yerindən 15 dəqiqə pulsuz istifadə edə bilər: "53-cü maddədə göstərilir ki, parklanma yerlərində avtomobillərin daxil olduğu vaxtı dəqiqə və saniyəsinə kimi dəqiq qeydə alan, ödənişi və nəqliyyat vasitəsinin parklamanı tərk etməsini qeydə alan xüsusi texniki vasitələr olmalıdır. Sürücü parklama yerinə daxil olanda qurğu onu qeydə almalıdır və 15 dəqiqədən çox dayanarsa, bu zaman artıq vaxtı hesablanmalı və sürücü ödəniş etməlidir".

"Bir sözlə, parklanma elə quraşdırılmalıdır ki, sürücüyə parkomat vasitəsilə nə qədər ödəniş etməli olduğunu bilsin. Bu da hal-hazırda problemdir və parkomatlar bu standartlara cavab vermir" — mütəxəssis qeyd edib.

© © KarikaturaAğıllı parkomat
Ağıllı parkomat - Sputnik Azərbaycan
Ağıllı parkomat

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələyə münasibət bildirərkən deyib ki, istənilən parklama yerində avtomobilin saxlanılması ilk 15 dəqiqə üçün pulsuzdur: "Artıq bəzi ticarət mərkəzlərindək dayanacaqlarda yeni parkomatlar quraşdırılıb. Burada sürücülər parkomatdan qəbz götürüb keçirlər. Və 15 dəqiqədən tez qayıdanda ödəniş etmək istəyərkən, bu, mümkün olmur. Kartı ödəniş üçün aparata daxil etsən də, aparat ödənişi götürmür".

Bakıda parkomat - Sputnik Azərbaycan
TƏHLİL
Bu yerlərdə maşınınızı park edərkən onu böyük riskə atırsınız

K. Əliyev vurğulayıb ki, tezliklə şəhərin bir çox yerlərində də belə parkomatlar quraşdırılacaq: "Hər halda bu gün də parkomatlar 15 dəqiqə üçün pulsuzdur. Yeni parkomatların necə effetktiv işləyəci barədə indidən nəsə demək çətindir. Bunu gələcək göstərəcək".

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə K. Əliyevin qeyd etdiyi yeniliyin yaxın zamanlarda tətbiq ediləcəyini düşünmür: "Çünki indiki iqtisadi çətinlik dövründə parkomatları yeniləmək və başqa işlər lazım deyil. Hesab edirəm ki, bəzi qaydaları tətbiq etmək üçün pul xərcləmək lazım deyil. Məsələn, 15 dəqiqə pulsuz dayanmaq məsələsində dayanacaq nəzarətçilərinə təlimat vermək kifayət edər. Onlar zamanı qeyd etsələr, kifayət edər. Sürücü niyə əlavə pul ödəməlidir ki?!"

Xəbər lenti
0