"Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur"

© AFP 2024 / MANDEL NGANReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dan Əsədlə bağlı sərt bəyənat

BAKI, 2 avqust — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson, Suriya rejimi əleyhinə sərt ifadələr işlədib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Bəşər Əsədin zalım bir diktator olduğunu deyən Tillerson, Suriyanın gələcəyində bu adama yer olmadığını bildirib. Suriyada İŞİD-in yox edilməsi üçün Rusiya ilə birgə çalışdıqlarını da deyən dövlət katibi, ancaq Əsədin gələcəyinə dair iki ölkənin hələ də razılığa gələ bilmədiyini söyləyib.

Xəbər lenti
0