CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya ilə Reuters arasında "Ölü" davası"

CC BY 2.0 / Rian Castillo / reuters"Reuters" xəbər agentliyinin binası, arxiv şəkli
Reuters xəbər agentliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, "Reuters"-in ilk belə səhvi deyil. Sözügedən agentlik Rusiyanın Suriyadakı əməliyyatlarını dəfələrlə təhrif edib. Rusiyanın son iki il ərzində Suriyada 10 hərbçisi ölüb”, - Konaşenkov bildirib

BAKI, 2 avqust — Sputnik. Dünyada ən çox tanınan xəbər agentliyi olaraq bilinən "Reuters" ilə Rusiya hökuməti arasında anlaşılmazlıq yaranıb. Sputnik xəbər verir ki, agentliyin Suriyada öldürülən rus əsgər sayını 40 olaraq göstərməsinə Rusiyanın Müdafiə Nazirliyi etiraz edib. Nazirlik "Reuters"-in verdiyi rəqəmin yalan olduğunu açıqlayıb. Bu barədə açıqlamanı nazirlik rəsmisi İqor Konaşenkov verib.

"Bu, "Reuters"-in ilk belə səhvi deyil. Sözügedən agentlik Rusiyanın Suriyadakı əməliyyatlarını dəfələrlə təhrif edib. Rusiyanın son iki il ərzində Suriyada 10 hərbçisi ölüb” — Konaşenkov bildirib.

Qeyd edək ki, "Reuters" Suriyada həlak olan Rusiya hərbçilərinin sayının artması ilə bağlı məqalə dərc edib. Həmin məqalədə Suriyada bu il 40 rusiyalı əsgərin həlak olduğu bildirilir.

Xəbər lenti
0