Prezident digər dövlət başçısının anasına söydü

© REUTERS / Issei KatoRodriqo Duterte
Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu manyak, fahişə oğlu ani səhvlə Uzaq Şərqi şoranlığa çevirəcək. Onun toppuş mülayim sifətinə aldanmayıb. Axmağın biridir" - Duterte bildirib.

BAKI, 2 avqust — Sputnik. Filippin prezidenti Rodriqo Duterte ötən il sabiq ABŞ rəhbəri Barak Obama haqqında işlətdiyi "fahişənin oğlu" ifadəsini bu dəfə Şimali Koreya lideri Kim Çen In haqda işlədib.

Sputnik Azərbaycan "Mirror"a istinadən xəbər verir ki, Dutertenin bu cür söyüş söyməsinə səbəb, Şimali Koreya liderinin ballistik raket sınaqları ilə dünyanı narahat etməsidir.

"Bu manyak, fahişə oğlu ani səhvlə Uzaq Şərqi şoranlığa çevirəcək. Onun toppuş mülayim sifətinə aldanmayın. Axmağın biridir" — Duterte bildirib.

Xəbər lenti
0