Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlarımızı gözləyən təhlükə...

© AFP 2024 / JOEL SAGETYeni doğulmuş uşaq
Yeni doğulmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Piylənmə, xüsusən qarın nahiyəsindəki yağlar xroniki xəstəlik riskinin, ölüm nisbətinin artması, həyat keyfiyyətinin azalması ilə əlaqələndirilir

BAKI, 2 avqust — Sputnik. Alimlər cari ilin əvvəllərində dünya əhalisinin 76 faizdən çoxunun piylənmədən əziyyət çəkəcəyini bildirmişdilər. Hazırda araşdırmalarını 30 inkişaf etmiş ölkə üzrə davam etdirən elm adamları 18-65 yaşlı kişilərin 90, uşaqların isə 50 faizinin piylənmə təhlükəsi ilə üzləşə biləcəkləri qənaətinə gəliblər.

"Frontiers in Public Health" jurnalı xəbər verir ki, həmin ölkələrdə qadınların 80 faizi piylənmədən əziyyət çəkir. Bu problem xüsusilə ABŞ və Yeni Zelandiyada, eləcə də insanların sağlam olduğu düşünülən İslandiya və Yunanıstanda geniş vüsət almağa başlayıb.

Piylənmə, xüsusən qarın nahiyəsindəki yağlar xroniki xəstəlik riskinin, ölüm nisbətinin artması, həyat keyfiyyətinin azalması ilə əlaqələndirilir.

Xəbər lenti
0