Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 2 avgust — Sputnik. Dünən axşam saatlarında Şabran rayonunun Dəvəçi kənd sakini Çingiz Bəxtiyar oğlu Nəzərovu elektrik cərəyanı vurub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 29 yaşlı Çingiz Nəzərov rayonun Gəndob kəndində yerləşən "Hikmət aqro" MMC-yə məxsus taxta sexində fəhlə işləyirmiş. Həmin sexin elektrik lampasını dəyişərkən onu cərəyan vurub. Nəzərov hadisə yerindəcə dünyasını dəyişib.
Mərhum Çingiz Nəzərov subay idi və yaxın zamanlarda ailə quracaqdı. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları gəliblər. Şabran Rayon Prokurorluğunda araşdırma başlanılıb. Aparılacaq araşdırma özəl müəssisədə təhlükəsizlik qaydalarına necə əməl olunduğunu ortaya çıxaracaq.