Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Xruşovka”ların sökülməsi mənzillərin qiymətinə təsir etməyəcək”

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, bunun əsas səbəbi yeni tikililərdə iqtisadi əsaslanmanın mövcud olmamasıdır

Ramil Osmanlı: “Tikinti koorparativlərinin rəhbərləri subyektiv mülahizələrlə qiymət siyasəti həyata keçirir”
Çox təəssüf ki, Bakı şəhərində yeni tikililərin təklif portfelindəki payının artmasına baxmayaraq onların qiyməti azalmır. Bunu Sputnik Azərbaycana açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. “Yeni tikililərin sayı artsa da qiymətləri də yüksəlir. Bu da ona görədir ki, yeni tikililərdə qiymətlərin azalması üçün iqtisadi əsaslanma mövcud deyil. Eyni zamanda qiymətə mənzil tikinti koorparativlərinin rəhbərləri nəzarət edir. Onlar subyektiv mülahizələrinə əsaslanıb qiymət siyasəti həyata keçirirlər”.

“Tikinti şirkətlərinin kifayət qədər kənar maliyə resursları olduğuna görə onlar qimyət siyasətində bir istiqamətli xətt yürüdürlər. Onlar təklif və tələb şərtlərini nəzərə almadan qiymət siyasəti həyata keçirirlər. Ona görə də mən düşünmürəm ki, köhnə tikililərin yerində yeni hündürmərtəbəli binaların tikilməsi mənzillərin qiymətinə təsir edəcək” – deyə o bildirib. 

Xəbər lenti
0