BAKI, 2 avqust — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyul ayı ərzində satılan dolların həcmini açıqlayıb.
ARDNF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən ay ərzində 253,2 milyon dollar məbləğində vəsait satılıb.
Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2017-ci ilin iyun ayı ərzində 373,2 milyon, may ayı ərzində isə 300,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.