Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb

Abunə olmaq
İnsident zamanı konsulluğun əməkdaşları və ya ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb

BAKI, 2 avqust — Sputnik. Naməlum şəxs Çin Xalq Respublikasının Los-Ancelesdəki (Kaliforniya ştatı) konsulluğunun binasına atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Daily News" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hücum edən şəxs təxminən 60 yaşında olub. O, konsulluğun binasına avtomobilindən atəş açıb. Bundan sonra isə özünü güllələyib.

İnsident zamanı konsulluğun əməkdaşları və ya ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb. 

Xəbər lenti
0