Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəhşətli terror cəhdinin qarşısı alındı

Mitsubishi Regional Jet
Mitsubishi Regional Jet - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular Sidneydən Əbu-Dabiyə uçan təyyarəni partlatmaq istəyib

BAKI, 1 avq — Sputnik. Avstraliyada terrorçular Sidney-Əbu-Dabi marşrutu ilə uçan “Etihad Airways” şirkətinə məxsus təyyarəni partlatmaq istəyib.

APA-nın məlumatına görə, bu barədə “Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

“The Sydney Morning Herald” qəzeti isə bu günlərdə Sidneydə həyata keçirilən antiterror əməliyyatı nəticəsində həbs edilən 4 nəfərin adlarını açıqlayıb. Bunlar Xaled Merhi, onun oğlu Əbdul Merhi, Xaled Xayat və onun qohumu Mahmud Xayatdır. Adıçəkilən şəxslərin Suriyadakı terrorçularla əlaqəli olduğu üzə çıxıb.

Məlumata əsasən, Avstraliya hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarından hazırlanan terror aktına dair məlumat əldə ediblər.

Qeyd edək ki, iyulun 30-da Avstraliyanın baş naziri Malkolm Ternbull təyyarədə planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edərək xüsusi əməliyyat nəticəsində terror aktı törətməyi planlaşdıran 4 nəfərin saxlanıldığını bildirib. 

Xəbər lenti
0