BAKI, 1 avqust — Sputnik. Tarixin ən böyük Günəş tutulmasına, sadəcə 3 həftə qalıb. Sputnik xəbər verir ki, tutulma avqustun 21-də reallaşacaq.
Britaniya Mərkəzi Rəsədxanasının açıqlamasına görə, bu dəfəki Günəş tutulması əsnasında, Ay, təxminən 90 dəqiqə ərzində Günəşin qarşısında qalacaq. Lakin təəssüf ki, bu möcüzəvi an, sadəcə Amerika Birləşmiş Ştatlarının ərazisindən tam olaraq izlənilə biləcək.