Fərid Hüseyn: “Şeir dilinin xalq dilinə köklənməsi yaxşı əlamətdir”
Bu gün Azərbaycan şeir dilində daha çox türk dilindən təsirlənmələr müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu şair-esseist, Fərid Hüseyn deyib.
“Bunun bariz nümunələrini görmək üçün bir şəkiçi ilə müəyyənləşdirmək olur. Mən fikir verirəm ki, dildə mökəmlənmiş, qəlibləşmiş, hansısa əhvalatdan yaranan ifadələr şeirə gəlmir. Şeir dili məişət dilinə daha çox yaxınlaşır. Bu ötən əsirdə yaxın qonşu xalqlarda baş vermiş prosesdir”.
“Ədəbi dilimiz zamanla dəyişilib. Ədəbiyyat başqa dillərə keçmək üçün daha hazırlıqlıdır. Bu baxımdan müasir şeir dilinin xalq dilinə köklənməsi yaxşı əlamətdir” — deyə o bildirib.