Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həyatımıza təhlükə varmı - mütəxəssislər rəy verdilər

© Sputnik / Murad OrujovKosmetik məhsullar dükanının piştaxtaları
Kosmetik məhsullar dükanının piştaxtaları - Sputnik Azərbaycan
Abunə olmaq
Günümüzün ən mühüm problemlərindən birinə aydınlıq gətirildi

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Yay fəslinin gəlişi insanların tər əleyhinə olan vasitələrdən, eləcə də ətirlərdən daha çox istifadə etməsinə səbəb olur. Ətir və tər əleyhinə vasitələrin orijinalları çox baha olduğundan, ölkəyə saxta kosmetik məhsulların gətirilməsi halları xeyli artıb. Bu da zay və saxta məhsullardan istifadə edilməsi səbəbindən zərər çəkənlərin sayının artmasına gətirib çıxarır.

Прилавок с мясом птицы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu məhsulları almayın: öldürə bilər

Hətta orijinal ətirlər belə, bəzi allergik insanların istifadəsi üçün yaramır. Saxta və zay məhsullar isə nəinki onlarda, eləcə də allergiyası olmayan insanlarda da fəsadlara və xəstəliklərə səbəb ola bilər. Belə məhsullardan istifadə edərkən baş ağrılarının, allergiyaların yaranması, dəri xəstəliklərinin ortaya çıxması müşahidə edilir. Sputnik Azərbaycan tibb işçilərindən belə saxta kosmetik məhsulların insan orqanizminə nə qədər mənfi təsirinin olduğunu soruşub.

Həkim Rasif Bağırov bildirir ki, ətirlər orijinal olmayanda, saxta ətirlərin tərkibi düzgün qatılmayanda, dəridə çox yüngül, dərin olmayan xəstəliklər meydana çıxa bilər: "Orijinal ətirlərin tərkibi təbii olduğundan və düzgün qatıldığından, bu məhsullar insan orqanizmi üçün heç bir təhlükə törətmir. O ki qaldı allergik xəstəliklərə, hər hansı bir insanın ətrin tərkibindəki müəyyən qarışığa allergiyası varsa, ətir istər orijinal, istər saxta olsun, mütləq həmin insana pis təsir edəcək".

"Orijinal və saxta ətirlərin keyfiyyətinə gəlincə, doğrusu, mənə heç kimdən bu şikayətlə müraciət edən olmayıb. Düşünürəm ki, ətir satan firmalar öz aralarında rəqabət apardıqlarından, bir-birilərinə qarşı qara piar edərkən, rəqibin satdığı məhsulun insan sağlamlığına ziyanlı olduğunu qeyd edirlər və onların müştərilərini qorxudurlar. Bu məhsulların əhali üçün heç bir ciddi qorxusu yoxdur" – deyə həkim əlavə edir.

Bağırov onu da diqqətə çatdırır ki, antiperspirantlar orqanizm üçün heç bir qorxu yaratmır: "Bir həkim olaraq əminliklə deyə bilərəm ki, bu günə kimi heç bir xəstə bununla bağlı bizə müraciət etməyib. Kiminsə həssas dərisi varsa və onda buna reaksiya olubsa, kiminsə bu vasitələrin tərkibindəki qatqıya qarşı allergiyası varsa, bu zaman hansısa reaksiya ola bilər. Amma ümumilikdə belə vasitələr insan orqanizmi üçün ziyanlı deyil".

Tut ağacı - Sputnik Azərbaycan
SƏHİYYƏ
İnsan orqanizmi üçün çox faydalı 6 bitki

Dermatoloq Mahir Məmmədli söyləyir ki, təbiətdə 5 mindən çox allergen var: "Bunların içində müəyyən aromatizatorlar da olur. Ətirlərin hər hansı insana allergiya verməsi individualdır. Elə insanlar var ki, allergiyaya meyllidir, astması var. Belə insanlar kəskin iyli ətirlərə üstünlük verə bilməzlər".

"Bəzi insanlar var ki, sitrus meyvələrinə və ya hər hansı çiçəklərə allergiyası var. Onlardan hazırlanan ətirlər belə insanlarda allergiya verə bilir və bu da dəridə özünü göstərir" — mütəxəssis bildirir.

Dermatoloq tövsiyə edir ki, ətir alarkən diqqətli olmaq lazımdır: "Ətirləri brend dükanlardan almaq lazımdır. Əks halda mənşəyi bilinməyən ətirlər həqiqətən böyük problemlərə gətirib çıxara bilər. Belə yerlərdən ətir və kosmetik vasitələr almaq olmaz".

"Tər üçün olan antiperspirantlar həmişə istifadə olunub. Yaxşı olar ki, bunların tərkibi də təbii məhsullardan olsun. Amma belə halda da satışa çıxarılmadan öncə antiperspirantlar xüsusi testlərdən çıxarılır, daha sonra istifadəyə verilir. Mütəxəssis kimi deyə bilərəm ki, tər əleyhinə məhsullar və ətirlər təbii tərkibli olmalıdır. Bu halda heç bir problem yaranmaz" – deyə M.Məmmədli vurğulayır.

Xəbər lenti
0