CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bankdan vacib qərar

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
AMB-nin İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə sentyabrın 18-də müzakirə ediləcək

BAKI, 1 avqust — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

ABŞ dolları - Sputnik Azərbaycan
Azərbaycanda dollar ucuzlaşması davam edir

AMB-dən verilən məlumata görə, makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyllər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirib və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən bəzi makroiqtisadi meyllər nəzərə alınıb. Belə ki, real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyllərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1,7%-lik iqtisadi artım qeydə alınıb. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3,7%, o cümlədən qeyri-neft sənayesində 5,4%, kənd təsərrüfatında 2,2% təşkil edib. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir. 

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı bankir beynəlxalq axtarışa verildi

Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36,5%, o cümlədən qeyri-neft ixracı 27,9% artıb, idxal isə 15,7% azalıb. Xarici ticarət balansının profisiti 1,9 mlrd. dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.

Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi dedollarizasiya meyli yaradır.

Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artıb. Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir. 

Milli Təhlükəsizlik Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
DTX bankı qarət edən cinayətkar qrupu zərərsizləşdirib

Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13,9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18,1%, qeyri-ərzaq qiymətləri 12,4%, xidmətlər isə 9,4% dəyişib. 

Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyllər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.

AMB-nin İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə sentyabrın 18-də müzakirə ediləcək.

Xəbər lenti
0