BAKI, 1 avqust — Sputnik. Dünyaca məşhur amerikalı aktyor Corc Kluni və xanımı Amaliya Kluni, suriyalı qaçqın uşaqlar üçün nəzərdə tutulan yardım fonduna 2 milyon dollar vəsait ayırmaq istədiklərini açıqlayıblar. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, sözügedən yardım fondunun vəsaiti hesabına, Livandakı qaçqın düşərgəsində məskunlaşan suriyalı uşaqlar üçün 7 məktəb inşa ediləcək.
"Münasib olmayan vaxtda və yerdə doğulduqlarına görə, bütöv bir nəsli itirməyi özümüzə rəva görə bilmərik. Minlərlə suriyalı uşaq heç vaxt cəmiyyətimizin tam hissəsi ola bilməmək riski ilə üz-üzədir. Halbuki təhsil onlara öz həyatlarını dəyişməyə kömək edəcək" — Kluni ailəsi bildirib.