Abbasqulu Səfərov: “İnternat məktəbində uşaqlardan ibarət qrupa rəqs dərsləri keçirəm”
NTV və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin yeni irimiqyaslı "Tı super! Tansı" layihəsinin iştirakçısı olacaq gənc rəqqaslar ictimaiyyətə təqdim edilib. Müsabiqədə Azərbaycanı təmsil edəcək rəqqaslardan biri, 11 saylı internat məktəbinin 10-cu sinif şagirdi Abbasqulu Səfərov deyir ki, rəqs etməyə çox böyük marağım var:
“Başqa işlərlə də məşğul oluram. Dulusçuluq, rəssamlıq və başqa işlərlə məşğul olsam da rəqsə meylim daha böyükdür. Artıq 5-6 ildir ki, rəqslə məşğulam”.
“Uşaq vaxtından televizorda rəqsləri seyr etdikcə məndə bu sahəyə maraq artdı. Müxtəlif məktəblərdə rəqs dərsləri almışam. Hazırda təhsil aldığım internat məktəbində uşaqlardan ibarət qrupa rəqs dərsləri keçirəm. İnanıram ki, bu müsabiqədə birinci yeri qazanacağıq” – deyə o bildirib.