"Türk ordusu Kobaniyə girdi"

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər türklər Kobanidən çıxmasalar, PYD silahlıları lazımi cavab verəcəklər"

BAKI, 31 iyul — Sputnik. PKK terror təşkilatına yaxınlığı ilə bilinən "Hawar News" adlı xəbər agentliyi, türk ordusunun dünən Suriyanın şimalındakı Kobaniyə girdiyini iddia edib. Agentliyin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə mənsub əsgərlər, ağır zirehli texnikalarla birlikdə dünən yerli vaxtla 21:30-da Kobaniyə daxil olub.

Türk ordusundan "işğalçı" olaraq bəhs edən sayt, əsgərlərin bölgəyə minalar yerləşdirdiyini yazıb. "Əgər türklər Kobanidən çıxmasalar, PYD silahlıları lazımi cavab verəcəklər" — agentliyin məlumatında qeyd olunub. Mövzu ilə bağlı Türkiyə dövlətindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

Xəbər lenti
0