Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qarpız alanda kəsdirməyin, çünki...

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidQarpız. Arxiv şəkli
Qarpız. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər kəsilmiş qarpızı soyuducuda saxlamağı tövsiyə etmirlər

BAKI, 31 iyul — Sputnik. Qarpız alanda bir çoxumuz yaxşı almağına əmin olmaq üçün onu kəsdirir. Lakin həkimlər xəbərdarlıq edir ki, bu qəti şəkildə yolverilməzdir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, bazarlarda, supermarketlərdə və s. yerlərdə satılan qarpızların üzərində çoxlu sayda ziyanlı mikroblar olur. Qarpızı kəsdirəndə bu ziyanlı agentlər qarpızın içərisinə düşür və burada sürətlə çoxalmağa başlayır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Qarpızı kəsəndən əvvəl mütləq axar suda yaxşı yumaq lazımdır.

Həmçinin mütəxəssislər kəsilmiş qarpızı soyuducuda saxlamağı tövsiyə etmirlər. Bu da zəhərlənmənin riskini artırır. Kiçik qarpızlar alın ki, artıq qalmasın və soyuducuda saxlamağa ehtiyac yaranmasın.

Yol kənarlarında satılan qarpızlar da təhlükə mənbəyidir. Onlar avrtomobillərin işlənmiş qazında olan ziyanlı maddələri özünə hopdurur. Belə yerlərdən qarpız, yemiş və digər meyvə və tərəvəzləri almaq düzgün deyil.

Xəbər lenti
0