Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazirlikdə maliyyə itkisi ortaya çıxdı

© Sputnik / Shahperi AbbasovaEkologiya və Təbii sərvətlər nazirliyi
Ekologiya və Təbii sərvətlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Auditin nəticələri ilə bağlı müvafiq orqana məlumat verilib

BAKI, 31 iyul — Sputnik. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. Bu barədə Sputnik Azərbaycan-a Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət müəssisəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Cəmiyyətin tabeliyində olan 15 idarədən 9-u yaşıllaşdırma idarələri, 6-sı isə digər yönümlü (İxtisaslaşdırılmış kompleks mexanizasiya idarəsi, Suvarma sistemlərinin quraşdırılması və istismarı idarəsi, Xəzər dəniz suyunun duzsuzlaşdırılması idarəsi, Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik idarəsi, Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat mərkəzi, Tingçilik idarəsi) idarələrdir. Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilmiş və ümumilikdə 18631,2 min manat məbləğində vəsaiti əhatə edib.

Cəmiyyət tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib və nəticədə xərclərə olan proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanılmış, büdcə vəsaitinin istifadəsi üzrə əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə dərəcələrə görə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılıb və icra edilib, büdcə vəsaitlərinə artıq tələbat yaradılmış, öhdəliyə qəbul olunmadığı halda 2015-ci ildə 2 yaşıllaşdırma idarəsinin içməli suya görə əvvəlki dövrün kreditor borcları ödənilib, tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşma mövcud olmayıb, uyğun xüsusiyyətli müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsi fərqli olub.

Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə Cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3,2% az olub. Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsi büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaradaraq, 1 halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin balansında olan meşə zolağına 2016-cı ilin sentyabr-dekabr ayları ərzində Cəmiyyət tərəfindən xidmət göstərilib.

Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınan yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidənqurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda Cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilən digər nöqsanların ləğv edilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın surəti və müvafiq Təqdimat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinə, həmçinin müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi məqsədilə qərarın surəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Xəbər lenti
0