Dollar hər iki sahədə bahalaşdı

CC0 / JESHOOTS / dollarДоллары в руке
Доллары в руке - Sputnik Azərbaycan
Abunə olmaq
"Qara bazar"da və banklararası ticarətdə dollar yüksəlib

BAKI, 31 iyul — Sputnik. İyulun 31-də "qara bazar"da dollar bahalaşıb. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə səhər saatlarında dolların alışı 1.6900 manatdan 1.6950 manata, satışı isə 1.7000 manatdan 1.7030-1.7050 manata yüksəlib. Avronun "qara bazar"da alışı hazırda 1.9500-1.9700 manat, satışı isə 1.9800-2 manat təşkil edir.

Bu gün banklararası ticarətdə də dollar bahalaşıb. "Bloomberg" terminalında dollar günə 1.6983 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,69% dəyər qazanıb.

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6866 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0