BAKI, 30 iyul — Sputnik. "Russia Today" telekanalının jurnalisti Xalid əl-Xatib İŞİD terrorçuları tərəfindən öldürülüb.
Hadisə bu gün Suriyanın Əs-Suxna rayonunda baş verib. Ərazidə həyata keçirilən antiterror əməliyyatlarını işıqlandıran jurnalist terrorçuların hədəfinə tuş gəlib.
Xalid əl-Xatib eyni zamanda Dəməşq universitetinin tələbəsi idi.