BAKI, 29 iyul — Sputnik. Krımda arxeoloji qazıntılar zamanı çox qeyri-adi insan skeleti tapılıb. Sputnik xəbər verir ki, sözügedən skelet yarımadanın Yakovenkovo kəndində aşkar edilib.
Arxeoloqlar, skeletin yaş yarımlıq "yadplanetli" uşağa aid ola biləcəyini ehtimal edir. Alimlər bu iddianı skeletdəki qeyri-adi kəllə quruluşuna əsasən irəli sürürlər.
‘Alien’ toddler skeleton with deformed skull unearthed in Crimea (PHOTOS) https://t.co/KNuDISJfpS pic.twitter.com/sfEF4Pogg8
— RT (@RT_com) 27 июля 2017 г.
Lakin bəzi ekspertlər, həmin kəlli sümüyünün sonradan süni yollarla uzadıla biləcəyini də düşünürlər. Bütün hallarda skeleti tapılan yaş yarımlıq uşağın eramızın 2-ci əsrində yaşadığı qeyd olunub.