"Şimali Koreyanın qudurğanlığına görə məsuliyyəti Çin və Rusiya daşıyır"

© REUTERS / Jonathan ErnstReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gecə Şimali Koreya Yapon dənizindəki Hokkaydo adası istiqamətinə ballistik raket atıb

BAKI, 29 iyul — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Şimali Koreyanın artan təhdidlərinə görə məsuliyyəti Çin və Rusiyanın üzərinə atıb. Bu barədə Sputnik xəbər verir.

“Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına əsas iqtisadi dəstəyi Çin və Rusiya verib. Bu iki dövlət regional və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə, Pxenyanın qudurğanlığına görə xüsusi məsuliyyət daşıyır” — Tillerson deyib.

ABŞ-ın dövlət katibi bütün ölkələri Pxenyana qarşı BMT sanksiyalarını dəstəkləməyə çağırıb. O qeyd edib ki, Amerika Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə tərəfdardır və heç vaxt Şimali Koreyanın nüvə silahı əldə etməsinə göz yummayacaq.

Xatırladaq ki, bu gecə Şimali Koreya Yapon dənizindəki Hokkaydo adası istiqamətinə ballistik raket atıb.

Xəbər lenti
0