Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İqtisadçı: “Hamı çalışmalıdır ki, manat öz sabitliyini qorusun”

© Photo : UNECUNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov
UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İqtisad Universtetinin professoru deyir ki, Azərbaycanda kurs və məzənnə mövzusunda gedən müzakirələrin səbəbi bilinmir.

Zahid Məmmədov: “Pul vahidinin dəyərdən düşməsi turizmə təsir edir”
Kurs və məzənnə mövzusunda gedən müzakirələr bazarda panik hadisələrin yaşanmasına və insanlarda çaşqınlığın yaranmasına səbəb olur. Bunu Sputnik-Azərbaycana iqtisad elmləri dokturu, Dövlət İqtisad Universtetinin professoru Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, nədənsə bunun səbəbləri məlum deyil: "O boyda Rusiyada bu məsələyə çox adi yanaşırlar, bizdə isə hamı hər gün bunu müzakirə edir. Biz hamımız psixolojı olaraq inanmalıyıq ki, bizim pul vahidimiz olan manat güclü olub öz sabitliyini qorumalıdır. Bunun üçün hamı çalışmalıdır".

"Manatın güclənməsi üçün bütün gərəkli addımlar atılmalıdır. Bu, iqtisadiyyatın əsas atributudur. Valyuta sabit olmalıdır ki, xaricdə və ölkə daxilində olan insanlar anlasın ki, bu valyutadan uzunmüddətli perspektivdə investisiya aləti kimi istifadə etmək olar", — deyə Zahid Məmmədov bildirib.

Xəbər lenti
0