Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın sahibkarın bütün əmlakını məhv etdi

© Photo : ETSN-nin mətbuat xidmətiŞirvan Milli Parkının ərazisində yanğın
Şirvan Milli Parkının ərazisində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yük avtomobili yanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Qax rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Qıpçaq kəndində taxta sexində və tövlədə olub. Kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, "QAZ-53" markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi təmamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb. Yanğının nədən baş verməsi isə hələlik məlum deyil.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. 


Xəbər lenti
0