BAKI, 29 iyul — Sputnik. Türkiyənin Antalya vilayətinin Kemer rayonunda beşulduzlu oteldə yanğın baş verib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub. 400 nəfər yerli və xarici turist oteldən təxliyə edilib.
Məlumata görə, yanğın otelin 1-ci mərtəbəsindəki mətbəx bölməsində meydana gəlib.
Hadisədə 10-u türk, 4-ü rus vətəndaşı olmaqla 14 nəfər yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.