CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Goranboy sakini öz evində partlayış törədib

Abunə olmaq
Yaşadığı 2 otaqdan ibarət evdə mətbəx üçün nəzərdə tutulmuş qaz balonunu alışdıraraq kənara atıb.

BAKI, 29 iyul — Sputnik. Goranboy rayonunun Qarasüleymanlı kəndində 45 yaşlı kişi sərxoş halda evində partlayış törədib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 1972-ci il təvəllüdlü kənd sakini Asif Əli oğlu Bayramov yaşadığı 2 otaqdan ibarət evdə mətbəx üçün nəzərdə tutulmuş qaz balonunu alışdıraraq kənara atıb.

Nəticədə partlayış baş verib. O, ikinci balonu partlatmağa cəhd etsə də, hadisə yerinə gələn qonşuların köməkliyi ilə bunun qarşısı alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və polis əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evə qismən ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alan Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

İnsident baş verən vaxt evdə ondan başqa heç kim olmayıb.
Kişinin bu addımı atmasının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0