Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 28 iyul — Sputnik. Zaqatala sakini özünü tövlədə asıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.