BAKI, 28 iyul — Sputnik. Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 01.08.2017-ci il tarixdən 11.08.2017-ci il tarixinədək – 10 (on) gün müddətinə — Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə daha dəqiq məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.