SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bir bölgədə gərginlik artır

© REUTERS / Mary TurnerBoris Conson
Boris Conson - Sputnik Azərbaycan
Abunə olmaq
Boris Conson bundan əvvəlki açıqlamasında Britaniyanın 2018-ci ildə Asiya ilə bağlı siyasətini aktivləşdirəcəyini söyləmişdi

BAKI, 28 iyul — Sputnik. Böyük Britaniya iki yeni təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərəcək. Sputnik Azərbaycan "ABC"-yə istinadən xəbər verir ki, bunu İngiltərənin Xarici işlər naziri Boris Conson deyib.

"HMS Queen Elizabeth" və "HMS Prince of Wales" gəmiləriylə Cənubi Çin dənizində ticarət gəmilərinin sərbəst hərəkətləri təmin ediləcək. Məsələ ilə bağlı, rəsmi Pekindən hələlik açıqlama verilməyib.

Xatırladaq ki, Boris Conson bundan əvvəlki açıqlamasında Britaniyanın 2018-ci ildə Asiya ilə bağlı siyasətini aktivləşdirəcəyini söyləmişdi.

Xəbər lenti
0