CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəhəng şəhərciyin sakinləri elementar problemdən əziyyət çəkirlər

© Sputnik / Fuad HəsənovAbşeron Gənclər Şəhərciyindən bir görünüş
Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Burada 5 min mənzil, minlərlə sakin var, lakin...

BAKI, 28 iyul — Sputnik. Xırdalan şəhəri Abşeron Gənclər Şəhərciyinin bir qrup sakini Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edib. Sakinlər bildirirlər ki, Şəhərcikdə 5 minə yaxın mənzil var və burada minlərlə sakin yaşayır.

Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sakinlərə məşəqqət verilən şəhərcik

"Buna baxmayaraq, bu boyda Şəhərcikdə bir dənə bankomat fəaliyyət göstərir ki, o da "Beynəlxalq Bank"a məxsusdur. Üstəlik Şəhərciyin yanında bir orta məktəb, bir uşaq bağçası, yaxınlıqda digər müəssisələr fəaliyyət göstərir. Həmin məktəb və bağçaların işçilərinin maaşı "Kapital Bank"a məxsus bankomatlardan çıxarılır. Nə Şəhərcikdə, nə də yaxınlıqda "Kapital Bank"a məxsus bankomat olmadığı üçün bu insanlar ciddi sıxıntı yaşayırlar" — deyə sakinlər vurğulayırlar.

Müraciət müəllifləri Sputnik Azərbaycan vasitəsi ilə digər bankların, xüsusilə "Kapital Bank"ın rəhbərliyindən xahiş edirlər ki, Şəhərcik ərazisinə ən azı bir bankomat quraşdırılsın: "Razılaşın ki, kiçik rayonun əhalisi qədər əhalisi olan Abşeron Gənclər Şəhərciyi üçün cəmi bir bankomatın fəaliyyət göstərməsi məntiqsizdir. Ayrıca, həmin bankomatda da bəzi vaxtlarda pul olmadığını, yaxud qarşısında böyük növbə yaşandığını da qeyd etsək, vəziyyətimizin nə dərəcədə acınacaqlı olduğunu təssəvvür edə bilərsiniz".

Məsələ ilə bağlı "Kapital Bank"ın mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, xeyli sayda insan "Kapital Bank"dan əmək haqqı və pensiya aldığı üçün, Banka belə müraciətlər tez-tez gəlir: "Bununla bağlı Bankın müvafiq struktur bölmələri rəy bildirdikdən sonra orada bankomatın qoyulub-qoyulmayacağı ilə bağlı qərar verilir. O ki qaldı Abşeron Gənclər Şəhərciyinə, çalışacağıq ki, sakinlərin rahatlığını təmin etmək üçün tezliklə Abşeron Gənclər Şəhərciyində bankomat quraşdıraq".

Xəbər lenti
0